“Kafkadan başqa bütün dostlarıma xəyanət etmişəm”
Şair Aqşinin APA-ya müsahibəsi

- Özünüzü təqdim edin...
- Yazıçı Aqşin.
- Niyə məhz yazıçı?
- Sadəcə, yazı yazmaqdan başqa, əlimdən bir iş gəlmir.
- Aqşin yazıçıdır, bəs Yenisey kimdir?
- Yenisey mənim gizli imzalarımdan biridir.
- Bəs gizli imza hansı ehtiyacdan yaranıb? Onsuz da müəllifin kimliyi dərhal bilinir.
- Mən oxumuşam ki, Bolterin 200-ə yaxın imzası olub. Cəlil Məmmədquluzadənin bir neçə imzasının olduğu da hamıya məlumdur...
- Məşhurların çoxlu imzası varsa, gərək sizin də gizli imzanız olsun - bu nədir, bəhsə-bəhs, yoxsa dəblə ayaqlaşmaq?
- Yazdığım yazıların, dediyim fikirlərin hamısının arxasında dururam. İmzamdan asılı olmayaraq, bütün məsuliyyəti daşımağa hazıram. Fikirlərimi izah etməkdən də çəkinmirəm. Məsələn, muğam haqqında niyə məhz belə düşündüyümü lap sakitcə izah edə bilərəm. Düzü, yazılarımı öz imzamla yazmağım həmişə redaksiyaların özündə problemə çevrilib. Yuxarı hakimiyyət, səlahiyyətli şəxslərdən öncə, qəzet redaksiyasının özündə dərhal müzakirə, mübahisə, barışmaz mövqe ilə rastlaşırdım. Bizim mətbuatda bir neçə nəfərin imzası həmişə problemlə qarşılanıb, o cümlədən də mənim. Redaksiya daxilindəki təzyiqdən yaxa qurtarmaq üçün gizli imza ilə yazmağa başladım. Ona görə mən ən primitiv , ən bəsit bir yolu - öz imzamı gizlətmək üsulunu seçdim.
- Ümumiyyətlə, imzanıza, yazıçı adına nə qədər hörmətlə yanaşırsınız?
- Mən yazıçıya, yazıya ibadət edirəm. Mən heç vaxt Allah qarşısında əyilməmişəm, amma istənilən böyük yazıçı qarşısında əyilməyə hazıram.
- Doğrudanmı, xalqın sevgisini qazanmaq hissi və ya itirmək qorxusu sizə yaddır?
Davamı...


Şərhlər(2)